Lənkəranda hamamda huşsuz vəziyyətdə tapılan qadın ölüb.
Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Səpnəkəran kəndində baş verib.
Kənd sakini 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağında halı pisləşib. Dərhal əraziyə Təcili Yardım briqadası çağrılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə X.Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Kömürdən ayrılan dəm qazı onun ölümünə səbəb olub.
Meyit aidiyyatı üzrə təhvil verilib.