AZ

Tokayev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - Onları mükafatlandırdı

Qazaxıstanda Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı müşavirə keçirilib.

"Unikal" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Tokayev çıxışında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. O xatırladıb ki, bir neçə gün əvvəl Manqistau vilayətində təyyarə qəzası nəticəsində baş vermiş faciə qurbanları arasında Qazaxıstan vətəndaşları da var.

Tokayev vurğulayıb ki, fövqəladə hallar xidmətləri fəlakət zamanı ardıcıl və operativ hərəkət edib.

"Biz qəzanın daha ciddi nəticələrinin qarşısını ala bilmişik və çoxlu sayda insan həyatını xilas etmək mümkün olub. Yaralılara yardım əli, həmrəylik, səmimi şəfqət və mütəşəkkillik nümayiş etdirmişik.Bir çox soydaşlarımız qan vermək üçün növbəyə dayanaraq Azərbaycan səfirliyinin binasına gül dəstələri qoyublar. Bütün dünya xilasedicilərimizin, həkimlərimizin və könüllülərimizin fədakar əməyinin şahidi olduq, qonşu dost ölkələrin - Azərbaycan, Rusiya, Qırğızıstan vətəndaşları xüsusi minnətdarlıqlarını bildiririk".  

Qazaxıstan Prezidenti təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı şücaət və yüksək peşəkarlıq nümayiş etdirmiş ən fərqlənən vətəndaşların dövlət mükafatlarına təqdim olunmasını hökumətə tapşırıb.

Gülayə Mecid 

Seçilən
12
50
unikal.az

10Mənbələr