AZ

"Xəzər Elektron"a niyə protokol tərtib olunub?

"Xəzər Elektron" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakim Şəhla Süleymanovanın icraatındadır. 

Sabiq

Seçilən
86
30
valyuta.az

10Mənbələr