AZ

Təyyarə qəzasında həlak olan 179 nəfərin hamısının cəsədini tapıblar – Yenilənib


Xilasedicilər Cənubi Koreyanın Muan hava limanında “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 179 nəfərin hamısının cəsədini tapıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Təyyarədə 175 sərnişin, dörd stüardessa və iki pilot olmaqla ümumilikdə 181 nəfər olub.
Təyyarə qəzasında iki nəfər sağ qalıb. Onların təyyarənin arxasında olan stüardessalar olduğu üzə çıxıb.
"Yonhap" qeyd edir ki, təyyarə qəzası qurbanların sayına görə Cənubi Koreya tarixində ən böyük qəza olub.
Koreya Prezidentinin vəzifəsini icra edən Baş nazirin müavini Çhve San Mok təyyarə qəzası ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan edib.

***08:30

Cənubi Koreyanın Muan hava limanında “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız iki nəfərin sağ qaldığı güman edilirdi. Yanğınsöndürmə xidmətinin ilkin məlumatlarına görə, qalan 179 nəfər həlak olub. İndiyədək 85 nəfərin öldüyü təsdiqlənib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, iki ekipaj üzvü - kişi və qadın sağ qalıb.
“Reuters” yazıb ki, onlar təyyarənin arxa tərəfində olublar.
Məlumat üçün bildirək ki, “Jeju Air” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi bu gün, dekabrın 29-da səhər saatlarında Muan hava limanına enərkən qəzaya uğrayıb. Laynerdə 173 koreyalı və 2 taylı olub, ekipaj üzvlərinin vətəndaşlığı dəqiqləşdirilməyib. İlkin məlumata görə, qəzaya səbəb eniş qurğusunun nasazlığı olub. Pilotlar təyyarəni gövdəyə endirməyə çalışsalar da, sürəti azalda bilməyiblər. Təyyarə uçuş-enmə zolağından kənarda hasarla toqquşub, parçalanıb və alovlanıb.
Seçilən
20
50
yeniavaz.com

10Mənbələr