Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Rusiyanın paytaxtı Moskvada saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə RBC-yə Daxili İşlər Nazirliyinə yaxın mənbədən məlumat verilib.
Bildirilib ki, A.Karapetyan gündüz saatlarında Tver küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Karapetyanın 57 yaşı var. O, 2018-2021-ci illərdə Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri olub. 2021-ci ilin aprel-iyul aylarında Ermənistan Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb, sonra iki həftə müdafiə nazirinin birinci müavini, avqustun 2-də isə müdafiə naziri təyin edilib. A.Karapetyan üç ay sonra vəzifəsindən azad edilib./Oxu.az
Telegram kanalımız