AZ

Zaqatalada qar örtüyünün hündürülüyü 14 sm-ə çatıb - FAKTİKİ HAVA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Dekabrın 31-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Əsasən Lənkəran-Astara zonasında intensiv xarakterli olub.
Belə ki, düşən yağıntının miqdarı Astarada 44 mm, Lənkəranda 10 mm, Şamaxı, Oğuzda 5 mm, Neftçalada 4 mm, Qəbələ, Qobustan, Şəki, Xaçmaz, Altıağac, Cəlilabad, Sabirabad, Quba, Zaqatalada 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 14 sm, Qrızda 6 sm, Şahbuzda 5 sm, Qusarda 1 sm-dir.
Sumqayıt, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qəbələ, Qobustan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-də 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.
Seçilən
50
28
oxu.az

10Mənbələr