Norveçdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş klip çəkilib. Bu haqda Trend-də Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova bildirib.
Oslo Mərkəzində çəkilmiş bu video, fotoqraf Fariz Nadir Rzayev tərəfindən lentə alınıb.
Layihədə Gülnarə Xəlilova ilə yanaşı, pianoçu Tural Rafael, müğəni Sonai və əsərin müəllifi, Azərbaycan Evinin Norveçdə təmsilçisi, bəstəkar Arzu Rzayeva da iştirak ediblər.
"Təxminən 15 il əvvəl yazdığım "Yeni İl" mahnısı bu gün də dünyamıza və insanlığa ümid dolu mesajlar çatdırır. Bu mahnının müəllifi olaraq, həm melodiyası, həm də sözləri ilə insanları birləşdirən bu mahnını kiçik bir klip şəklində səsləndirdik və yayımladıq. Keçmişdən bu günə uzanan bu mesajın hər kəsə çatmasını istəyirəm", - Arzu Rzajeva qeyd edib.
Milli.Az