AZ

Cəlilabadda azyaşlının əlində pirotexniki vasitə partladı: Ağır yaralandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cəlilabadda bədbəxt hadisə baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.
O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
İlkin tibbi yardımdan sonra uşaq Bakıya, Yanıq Mərkəzinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
47
50
oxu.az

10Mənbələr