Bakı, TurkicWorld
2024-cü ilin noyabr ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 12,6 faiz azalaraq 5 milyard 779 milyon 819 min dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – noyabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 5,8 faiz artaraq, 62 milyard 998 milyon 854 min dollar olub.
“Bu ilin noyabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq 3 milyard 744 milyon 751 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin İƏT ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 38 milyard 894 milyon 877 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 37 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 29 milyard 748 milyon dollar olub.
“Bu ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 550 milyard 26 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faiz azalaraq 311 milyard 798 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.