AZ

Türkiyənin D-8 ölkələrinə ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin noyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı2023-cü ilin eyni ayı ilə müqayisədə 6,1 faiz azalaraq 861 milyon863 min dollar olub.

Trend TurkicWorld-a istinadənxəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi bildirib.

Məlumata əsasən 2024-cü ilin yanvar – noyabr ayında, TürkiyəninD-8 ölkələrinə ixracatı, 2023-cü ilin analoji dövri ilə müqayisədə12,4 faiz artaraq, 9 milyard 200 milyon 649 min dollar olub.

“2024-cü ilin noyabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 1 milyard336 milyon 623 min dollar təşkil edib” – deyə nazirlikdənbildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – noyabraylarında Türkiyənin D-8 ölkələrindən idxalı 2023-cü ilin analojidövrü ilə müqayisədə 14 faiz artaraq, 13 milyard 934 milyon 511 mindollar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyənin xariciticarət dövriyyəsi 52 milyard 37 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin noyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faizazalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq29 milyard 748 milyon dollar olub.

“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi 2023-cü ilin eyni ayları ilə müqayisədə 550 milyard 26milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faizartaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faizazalaraq 311 milyard 798 milyon dollar olub.

Qeyd edək ki, 2023-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Məqalədə:
Seçilən
66
50
az.trend.az

10Mənbələr