Manset.az xəbər verir ki, Nigar Baxşəliyeva keçən ilin 23 dekabrında qızları ilə çəkilən ailə fotosunu paylaşıb.
O, fotonu “Möcüzə olsun”şərhi ilə paylaşıb. Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb.
Aktyorun ölüm xəbəri yayılsa da, Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova daha sonra bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.