Dünya bazarı: Azərbaycan nefti bahalaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,76 faiz artaraq 1 barelə görə 76,51 ABŞ dolları təşkil edib.
Reyting.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,13 faiz artaraq 1 barelə görə 73,96 ABŞ dollarına bərabər olub.
***
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti də bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,22 ABŞ dolları və ya 0,3 faiz artaraq 79 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 78,78 ABŞ dollarə təşkil edib.(APA-Economics”)