Duman səbəbindən bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, yanvarın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.