Aktyor Azər Baxşəliyev vəfat edib.
"Hər zaman ölüm xəbərini ilk verən insanlardan zəhləm gedib. Bu dəfə elə özümdən də zəhləm gedir. Son 3 gün ərzində möcüzənin olacağına inananlar, gözləyənlər, dua edənlər, donor olmaq istəyənlər, möcüzə olmadı. Dualarımız dayandı, ümidimiz söndü. Azər, həyat mübarizəsini dayandırdı və əbədi olaraq gözlərini yumdu. Rahat yat, dostum".
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.