Ukrayna NATO zəmanətlərini yalnız nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik həllinə aparan yol kimi görür. SİA xəbər verir ki, bu fikri amerikalı jurnalist Leks Fridmana müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “NATO Ukraynanın nəzarətində olan hissədə fəaliyyət göstərə bilər. Bununla razılaşa bilərikmi? Mən əminəm ki, belədir. Bu, bizim üçün o qədər də böyük uğur deyil, amma müharibəni diplomatik yolla bitirmək yolunu görürüksə, deməli, bu, birincidir.
İkincisi, hərbi yardımdır”, - deyə o vurğulayıb. Zelenski əlavə edib ki, hətta atəşkəs üçün Kiyevə Ukraynanın nəzarətində olan ərazinin təhlükəsizliyinə zəmanət lazım olacaq: “Söhbət atəşkəsdən gedirsə, o zaman aydın başa düşməliyik ki, nəzarət etdiyimiz ərazilər üçün təhlükəsizlik təminatları var”.