“ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya təyyarə ilə səfər edən ilk lider ola bilər”.
AZƏRTAC xəbər verir ki, bu fikri amerikalı jurnalist Leks Fridmana müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Müharibə bitəcək və Prezident Tramp təyyarə ilə gələn ilk lider ola bilər, məncə. Bu, simvolik olardı”, - deyə Zelenski müsahibəsində bildirib. Zelenski Trampla müharibənin dayandırılmasını müzakirə etmək üçün mümkün görüş barədə açıqlama da verib. “Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə, Trampla və Putinlə bir yerdə oturacağıq”, - deyə Zelenski bildirib. Prezident vurğulayıb ki, əgər Tramp Ukrayna üçün güclü təhlükəsizlik təminatları təklif edərsə, bundan sonra Rusiya ilə danışıqlara başlamaq mümkündür.