1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İranın cənub şərqində yerləşən Kirman əyalətində zəlzələ baş verib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, Rixter şkalası üzrə 4,5 bal gücündə zəlzələ səhər saat 7:24 radələrində qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.