Ukraynadakı müharibə məsələsi ABŞ prezidenti Donald Tramp üçün ən aktual beynəlxalq məsələdir və o, həqiqətən də Rusiya lideri Vladimir Putini dayandıra biləcək. Lakin təhlükə odur ki, Trampın səlahiyyət müddəti başa çatdıqdan sonra Putin yenidən hücuma keçə bilər.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində deyib.
O, Ukraynadakı müharibə mövzusunun Tramp üçün çox vacib olduğunu vurğulayıb.
“O, mənə telefonla dedi ki, bizim görüşümüzü gözləyir”, - Ukrayna prezidenti deyib.
Zelenski vurğulayıb ki, Trampın baxışı Ukrayna üçün vacibdir, çünki o, Putini dayandıra bilər, Putin ondan qorxur.
Eyni zamanda, Zelenski qeyd edib ki, Tramp həmişəlik hakimiyyətə gəlməyib:
"Tramp demokratik ölkənin prezidentidir. Və o, hakimiyyətə ömürlük gəlmir. Məsələn, Trampın 4 illlik hakimiyyət müddəti başa çatdı... və beşinci ildə Putin yenidən müharibəyə başlayacaq”.
Zelenski vurğulayıb ki, Ukrayna Rusiya ilə danışıqlara yalnız Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampla görüşdən və təhlükəsizlik zəmanəti aldıqdan sonra başlaya bilər.