AZ

ADY 2024-cü ildə sərnişindaşıma xidmətində rekord və yeniliklərə imza atdı

Bakı. Trend:

2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindəntəxminən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib.

Trend bubarədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyisərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cüildə 7 milyondan çox sərnişinə xidmət göstərməklə rekorda imzaatmışdı.

Ötən il xidmət həcminin artmasının əsas səbəbləri yeni alınmışqatarların xəttə buraxılması, yeni dayanacaqların istifadəyəverilməsi, bayram günləri və həftəsonları əlavə reyslərinartırılması və ümumilikdə müştəri məmnuniyyətinin yüksəlməsi iləəlaqədar olmuşdur. Bununla yanaşı, müştərilərə xidmətlərin təqdimedilməsi və müştərilərlə əlaqələrin qurulması sahələrində sürətlirəqəmsallaşma, eləcə də qatarların daxilində, stansiya vədayanacaqlarda modernləşdirmə və təkmilləşdirmə işləri də müştəriməmnuniyyətinin yüksəlməsinə xidmət edib.

İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni,müasir və komfortlu qatarlar sərnişinlərin mənzil başına daha rahatvə təhlükəsiz çatdırılması məqsədilə 2024-cü ildə Bakı–Ağstafa–Bakımarşrutu üzrə istifadəyə verilib. Sərnişindaşımanın daha dagenişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsiməqsədilə sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucarstansiyalarında dayanacaq verilib. Bundan başqa, ADY-ninsərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakımarşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsiilə 2-dən 4-ə çatdırılıb.

Azərbaycanın bütün regionlarını əlçatan etməyi hədəfləyən ADY2024-cü ildə Bakı–Balakən–Bakı istiqamətində sərnişindaşımanınbərpası üçün bütün hazırlıqlarını tamamlayıb, Yevlax–Balakənsahəsində dəmiryol infrastrukturunda təmir işləri görülüb. 2025-ciil 3 yanvar tarixindən Bakı–Balakən–Bakı istiqamətində müntəzəmqatar reyslərinə start verilib. Hər iki istiqamətdə hərəkət edənqatarlar bölgənin əhalisi üçün nəqliyyat xidmətlərinin daha əlçatanolmasına, istər şimal-qərb istiqamətində yaşayan sakinlərə, istərsədə turistlərə səfərlərini rahat və təhlükəsiz planlaşdırmağa imkanverir.

Müştəri məmnuniyyətinin təmin edilməsi üçün sərnişindaşımadarəqəmsal həllərdən də geniş istifadə edilib. Əsas yeniliklərdənbiri rayonlararası (şəhərlərarası) marşrutlar üzrə hərəkət edənsərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyətvəsiqəsinin göstərilməsinə imkan yaradılması olub. Belə ki, hər birvətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməkləşəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edərəksəfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisininvalidatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsikifayətdir.

Bundan əlavə, ötən ilin sentyabr ayında Bakı, Sabunçu, Sumqayıt,Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran,Ağstafa stansiya və dayanacaqlarında pulsuz “Wi-Fi” xidmətiistifadəyə verilib. Sərnişin rahatlığının tam təmin edilməsiməqsədilə rayonlararası marşrutlar – Bakı–Ağstafa–Bakı,Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edənqatarlarda da pulsuz “W-Fi” xidməti aktiv edilib, yazışmalar vəonlayn axtarış üçün rahat internet bağlantısı təqdim olunub.

2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindənistifadə edənlərin sayı artaraq ötən il yüklənmə sayı 172 miniötüb. 2024-cü ilin sentyabrdan tətbiqinə başlanılan loyallıqproqramı şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADYMobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanlarıyaradıb. Belə ki, gedişlər üzrə 3% “cashback”, eləcə də qeydiyyat,dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələrzamanı bonus qazanılması kimi bir sıra funksiyalar mobil tətbiqdənistifadəni populyarlaşdırıb. Həmçinin 2024-cü il 1 noyabrtarixindən rayonlararası (şəhərlərarası) marşrutlar üzrə dinamikqiymət siyasətinə keçilib. Artıq səfərə 30-25 gün qalmış və əksistiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdənyararlana bilirlər.

Müştəri məmnuniyyətinin ölçülməsi məqsədilə Abşeron dairəvi üzrəstansiyalarda QR kod sorğu stikerləri yerləşdirilib.

Bilet kassalarında yeni nəsil pos-terminalların bilet satışsisteminə inteqrasiya prosesi testi aparılıb. Azərbaycan DəmiryolMuzeyində bilet satış sisteminin və özünəxidmət köşkününavtomatlaşdırılması işi yekunlaşaraq Abşeron dairəvi bilet satışısisteminə inteqrasiya edilib.

Sərnişinlərin rahat səyahəti üçün Abşeron dairəvi dəmiryolxəttində də bir sıra yeniliklər tətbiq edilib. Bu marşrut üzrəsəfər edən sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə BakıDəmiryol Vağzalı və Koroğlu dayanacağında turniketlərin sayıartırılıb, sərnişinlərin platformalara keçidi sürətlənib. Turniketsayı 28-dən 36-ya çatdırılmış Bakı Dəmiryol Vağzalında 1 dəqiqədəmaksimum buraxılış gücü 750 nəfərdən 1000 nəfərə, turniket sayının4-dən 10-a artırıldığı Koroğlu dayanacağında isə 108 nəfərdən 270nəfərə yüksəlib.

Bütün bu addımlar sərnişindaşıma göstəricilərində yüksək artımtempinə zəmin yaradıb. Belə ki, dəmir yolları ilə ölkə daxilindədaşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon, 2024-cü ildə isə təqribən8,5 milyon nəfər təşkil edib. Yəni 2023-cü ildə olduğu kimi, ötənil də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8milyondan çox sərnişin daşınıb. 2024-cü ildə həftəiçi bəzi günlərdəsərnişin sayı 37 minə qədər yüksəlib, 2023-cü ildə bu göstərici 30min olub.

Hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüzivcəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təminedilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyatakeçirir. ADY əvvəlki illərdə olduğu kimi, ötən il də bütünsərnişinlərə bərabər səyahət imkanlarının yaradılması istiqamətindəbir sıra işlər görüb. Buna misal olaraq autizmli şəxslərincəmiyyətimizə inteqrasiyası üçün bir çox layihələr həyatakeçirilib, qatar bələdçiləri həssas qruplarla davranış qaydalarıbarədə təlimlərə cəlb edilib. Həmçinin autizmli şəxslərin cəmiyyətəqazandırılması istiqamətində çalışan təşkilatlarla sıx əməkdaşlıqedilir, müntəzəm olaraq maarifləndirici tədbirlər həyatakeçirilir.

Bununla yanaşı, qatarlarda inklüziv səyahətin təmin edilməsiməqsədilə əlilliyi olan şəxslər üçün yönləndirmə sistemləri vədəstəkləyici xidmətlər təklif olunur. İstər oturacaqlarda nömrələməsistemi, istərsə də digər məlumat lövhələrində yazılar Brayləlifbasında təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq,oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanısərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimiyaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görməqabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, birsözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub.Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını,mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdırabilərlər.

Bütün bu işlərin görülməsində, mühüm irəliləyişlərin əldəolunmasında ADY-nin işçi heyətinin rolu əhəmiyyətlidir.Sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşlar yüksək keyfiyyətlixidmət göstərmək üçün etiket qaydaları, müştərilərlə davranış vəingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsimövzusunda seminarlarda iştirak ediblər.

Mütəmadi olaraq sərnişin yönümlü təşəbbüslərlə çıxış edənAzərbaycan Dəmir Yolları 2024-cü ildə də missiyasına sadiq qalaraqsərnişinlərin rahat və təhlükəsiz daşınmasını səmərəli şəkildətəşkil edib, xidmət keyfiyyətini yüksəldib.

Seçilən
13
29
az.trend.az

10Mənbələr