Vətəndaşların sürətləndirilmiş prosedur vasitəsilə məcburi səfərbər edilməsi mənasını verən “busifikasiya” neologizmi Ukraynada 2024-cü ilin əsas sözü kimi tanınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Mıslovo” müasir Ukrayna dili və jarqon lüğətinin saytında məlumat verilib.
“Neologizm son bir ildə ictimaiyyətin diqqət mərkəzində olub. Termin kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərindən üstün olduğu zaman səfərbərliklə bağlı problemləri göstərir”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, ekspertlər ilin sözünü seçərkən ilk növbədə onun populyarlığına və sosial əhəmiyyətinə diqqət yetirirlər.
Müəllif: Arzu