AZ

Türkiyədən Azərbaycana hazır geyim məhsulları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Azərbaycanahazır geyim ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faizazalaraq, 62 milyon 114 min 79 dollara bərabər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 4 milyon 963 min30 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da 2023-cü ilindekabr ayı ilə müqayisədə 22,3 faiz azdır.” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninhazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabərolub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 262 milyon 830dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azalıb” – deyənazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 17 milyard 920 milyon 376 dollarməbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Seçilən
12
15
az.trend.az

10Mənbələr