Aktyor Nicat Rəhimovun səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə onun həmkarı və dostu Elşən Orucov "Xəzər axşamı" verilişində deyib.
O, Nicatın şəkərinin yüksəldiyini bildirib:
"Proqramda Nicat da olmalı idi. Ondan xahiş etdik, yoldan qayıtdı. Şəkər xəstəsidir, dörd gündür şəkəri düşmür. O halda belə gəlirdi. İlkinlə biz xahiş etdik ki, qayıtsın. Çünki bilirik ki, özünü pis hiss edəcək".
Xatırladaq ki, Nicat Rəhimovun tərəf müqabili Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Yanvarın 4-dən etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, yanvarın 5-də vəfat edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta