AZ

Türkiyədən Azərbaycana polad ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədən Azərbaycanapolad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 11,2 faizazalaraq, 101 milyon 337 min 96 dollara bərabər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 9 milyon 599 min74 dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2023-cüilin eyni dövri ilə müqayisədə 13,2 faiz çoxdur”, – deyənazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənindünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollara bərabərolub.

“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyon 446 min 369 dollarməbləğində polad ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı iləmüqayisədə 7,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024 son 12 ayı ərzində (dekabr 2023 – dekabr2024) Türkiyə 16 milyard 149 milyon 331 min dollar məbləğində poladixrac edib.

Məqalədə:
Seçilən
13
26
az.trend.az

10Mənbələr