1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İranın Şərqi Azərbaycan əyalətinin valisinin müavini Murtaza Məhəmmədzadə Güney Azərbaycanda yaşayan ermənilərin arxiyepiskopu Qriqor Çiftçiyan ilə Müqəddəs Sarkis kilsəsində görüşüb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, görüşdə Murtaza Məhəmmədzadə deyib ki, İranda bütün dinlərin ardıcılları arasında möhkəm və ortaq əlaqə var.
Onun sözlərinə görə, dini azlıqların hüquqları İran konstitusiyasında yer alıb və bu hüquqlar fundamentaldır, eyni zamanda, inkar edilə bilməz.