Aktual.az xəbər verir ki, bu barədə "44th Ranger Regiment” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, şərti sərhəd istiqamətində mühəndis istehkam işləri aparan düşmən eyni prosesi Naxçıvan istiqamətində də həyata keçirir:
"Digərlərindən fərqli olaraq, fotolarda gördüyünüz çoxməqsədli istehkamların ikisi də yeni çəkilmiş bir təminat yolu və bir istiqamət üzərində tikilib. İstehkamların bir-biri ilə əlaqəsi var. İstehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir. Naxçıvan istiqamətində də Ermənistanın bu kimi addımları İrəvanın sülhdə maraqlı olmadığını və Azərbaycana qarşı revanşist, məkrli planlarının olduğunu bir daha sübut edir”.