AZ

Abdullah Öcalan əfv olunacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə parlamentində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası (AKP) fraksiyasının sədri Abdullah Gülər ​​son vaxtlar ictimaiyyətdə müzakirə olunan bəzi kritik məsələlərlə bağlı mühüm açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Xüsusilə terrorçu Abdullah Öcalanın ev dustaqlığına buraxılması iddialarına cavab verən Gülər, "Hazırda belə bir amnistiya gündəmimizdə deyil", - deyə cavab verib.
Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyətinin Abdullah Öcalanla İmralı həbsxanasında keçirdiyi görüşə də toxunan Gülər, "Türkiyənin mühüm məsələsinə çevrilmiş bu məsələnin həlli üçün münbit bir zəmin var. Hər kəsin bu işə xoş niyyətlə töhfə vermək üçün səylərini görürük", - deyə qeyd edib.
O həmçinin regional risklərə diqqət çəkib və sosial sabitliyin əhəmiyyətini vurğulayıb.
Seçilən
43
50
oxu.az

10Mənbələr