Çində yayılan yeni metapnevmavirus artıq İran ərazisinə çatıb. Qeyri-rəsmi məlumatlara görə, ölkədə ilk yoluxma halları qeydə alınıb.
Musavat.com bu barədə "Azad İran"a istinadən xəbər verir.
İranlı millət vəkili Salman İshaqi bununla bağlı xəbərdarlıq edib:
"İrana yeni bir virus daxil olub və hökumət rəsmiləri bunu insanlara bildirməlidir", - deyə o bildirib.