AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı, TurkicWorld

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,91 ABŞ dolları, yaxud 1,14% azalaraq 78,72 ABŞ dolları olub.

TurkicWorld xəbər verir ki, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 77,24 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
1
49
turkic.world

10Mənbələr