Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyə 1-ci liqasında səfərdə "Ümraniyespor"la qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, 30-cu turun görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 59-cu dəqiqədə Yurgen Bardi vurub.
Vüsal oyuna ehtiyatda başlayıb və 88-ci dəqiqədə Enes Aliçin əvəzinə meydana çıxıb..
O, 90+6-cı dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.
“Boluspor” hazırda turnir cədvəlində 44 xalla 6-cıdır.