Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının təşəbbüsü ilə Birlik ölkələrinin dövlət və ictimai strukturları ilə medianın qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, hüquq-mühafizə orqanlarında xidmətin təşviqi və MDB-yə üzv olan dövlətlərin daxili işlər orqanları əməkdaşlarının nüfuzunun artırılması məqsədi ilə 2024–cü il üçün müsabiqə elan edilir. Daxili İşlər Nazirliyindən bildirilib ki, müsabiqədə MDB-yə üzv olan ölkələrin polis və mülki əməkdaşları ilə bərabər 18 yaşından yuxarı olan digər vətəndaşlar da iştirak edə bilərlər.İştirakçılar müsabiqənin şərtləri və qaydalarına dair ətraflı məlumatla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet saytında və Mütəşəkkil cinayətkarlıqla və cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə üzrə Koordinasiya Bürosunun (БКБОП) rəsmi internet saytının müvafiq bölməsinə (https://bkbopcis.ru/galereya/mediakonkurs/) keçid etməklə tanış ola bilərlər.Nominasiyalar“Yaddaş səhifələri”Nоminasiyanın təsviri:Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün tarixi xatirəsinə həsr olunmuş, Qələbə mövzusuna hər kəsin şəxsi münasibətini ifadə edən, nəsillər arasında bağlılığı, milli-mənəvi və vətənpərvərlik dəyərini əks etdirən fotolar və videoçarxlar.“Mənim Vətənim – mənim qürurum”Nоminasiyanın təsviri:Doğma diyarın gözəlliyini və bənzərsizliyini nümayiş etdirən fotolar və videoçarxlar (təbiət mənzərələri, memarlıq abidələri, məşhur yerlər və s.)“Dövrümüzün qəhrəmanları”Nominasiyanın təsviri:MDB-yə üzv olan dövlətlərin daxili işlər orqanlarının fərqlənən əməkdaşları barədə portret foto və videosüjet.“Təbəssüm hər yeri nura qərq edir”Nominasiyanın təsviri:Tamaşaçıda müsbət əhval-ruhiyyə yaradan portret və ya videosüjetlər.Prosedur və şərtlərMüsabiqənin birinci mərhələsi 2024-cü il yanvarın 10-dan mayın 10-dək keçirilir və aşağıdakıları əhatə edir: iştirak üçün ərizələrin təqdim edilməsi, işlərin qəbulu və seçilməsi.Müsabiqənin ikinci mərhələsi 2024-cü il mayın 11-dən iyulun 15-dək davam edir və müsabiqə komissiyası tərəfindən işin qiymətləndirilməsini əhatə edir.Müsabiqədə iştirak etmək üçün iştirakçılar onun keçirilməsi qaydalarına və şərtlərinə uyğun olaraq ərizələr doldururlar.Ərizə hər bir əsər üçün rus dilində doldurulur və müəllifi tərəfindən imzalanır.Ərizədəki bütün sahələrin doldurulması tələb olunur.İştirakçı tərəfindən imzalanmış, elektron formada tərcümə edilmiş (skan edilmiş) ərizə müsabiqəyə təqdim edilmiş işlərə qoşulmaqla [email protected] elektron ünvanına göndərilir.Fayllar iştirakçının soyadına uyğun adlandırılmalı və iştirakçının təqdim etdiyi işlərin sayına görə nömrələnməlidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta