AZ

Prezident seçkiləri ilə əlaqədar "Sivil Toplum" Monitorinq Koalisiyası təsis edilib

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədi ilə "Sivil Toplum" Monitorinq Koalisiyası təsis edilib.
AYNA xəbər verir ki, bu tarixi siyasi hadisənin ölkənin həyatında rolunu, beynəlxaql nüfuzuna təsirini nəzərə alaraq, keçiriləcək seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədi ilə və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin iştirakının vacibliyini nəzərə alaraq bir neçə tanınmış, bu sahə üzrə ixtisaslaşmış və təcrübəyə malik ictimai təşkilatlar - “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyi, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyi və  "Cəmiyyətin İnкişаfı Mərkəzi" İctimаi Birliyi seçkilərin monitorinqini həyata keçirmək, seçki dairələri üzrə və seçki məntəqələrində müşahidə aparmaq üçün dekabrın 21-də yeni müstəqil və tərəfsiz Koalisiya - “Sivil Toplum” Monitorinq Koalisiyası təsis edib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq Kolasiyanın qeydiyyata alınması üçün müvafiq sənədlər artıq Mərkəzi Seçki Komissiyaaına (MSK)təqdim edilib.
 “Sivil Toplum” Monitorinq Koalisiyası rəsmi qeydiyyata alındıqdan sonra, digər QHT-lərlə sıx əməkdaşlıq edərək, geniş müşahidəçilər komandası ilə fəaliyyətə başlayacaq.  

Seçilən
607
1
ayna.az

2Mənbələr