AZ

Xəzərə axıdılan tullantı suları təmizlənərək təkrar istifadə ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Sərəncamda deyilir:

“1. Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı Abşeron rayonu ərazisində pilot layihə (bundan sonra – pilot layihə) həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya pilot layihənin həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etsin”.

Seçilən
73
38
redaktor.az

10Mənbələr