AZ

Azad edilmiş ərazilərdə bu il üçün planlaşdırılan yaşıllıq zolaqlarının salınması və meşəbərpa işləri yekunlaşmaq üzrədir

Ağdam, 25 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC

Bu il işğaldan azad edilmiş ərazilərdə 100 hektardan çox ərazidə yaşıllıq zolaqlarının salınması, 85 hektar ərazidə isə meşəbərpa işlərinin aparılması planlaşdırılıb. Həmin işlər yekunlaşmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini, ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri Vüqar Kərimov işçi qrupun Ağdamda keçirilən iclasında deyib.

Nazir müavinini bildirib ki, yaşıllıq zolaqları Zəngilan, Cəbrayıl, Füzuli və Ağdamda salınır. Füzuli Hava Limanının ərazisində 15 hektar ərazidə də əkin işləri aparılandan sonra bu il üçün yaşıllıq zolaqlarının salınması planı tamamlanacaq: "Müharibədən sonra Ağdamda 20 hektar ərazidə planlaşdırılan yaşıllıq zolaqlarının salınması işləri çərçivəsində ötən dövrdə 11 hektarda yaşıllıqlar salınıb və həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

Meşəbərpa işlərinə gəlincə isə Cəbrayılda 42 hektarda işlər başa çatdırılıb, Zəngilanda 40 hektar, Füzulidə isə 2 hektar ərazi meşəbərpa işləri ilin sonuna kimi tamamlanacaq. Bilirsiniz ki bu işləri, ərazilər minalardan təmizlənərək təhvil verildikdən sonra həyata keçirmək imkanımız yaranır. Ümumilikdə, bu il ərzində yaşıllıq zolaqlarının salınması 100 hektardan çox, meşəbərpa işləri isə 85 hektar ərazini əhatə edəcək".

Seçilən
68
4
azertag.az

5Mənbələr