AZ

Valyuta mübadiləsi məntəqələrinə

Azərbaycan Mərkəzi Bankı (AMB) hazırda fəaliyyət göstərən 5 valyuta mübadiləsi məntəqəsinə yeni qaydaya əsasən kapital tələbinin yerinə yetirilməsi üçün 6 ay müddət verib.Metbuat.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib. "Həmin təşkilatlar yeni Qayda ilə müəyyən edilmiş minimum nizamnamə (şərikli) kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlı tələblərə 6 (altı) ay ərzində uyğunlaşmanı təmin etməlidirlər"- Mərkəzi Bankın açıqlamasında qeyd edilib.Qeyd edək ki, 2023-cü ilin iyul ayında “Valyuta tənzimi haqqında” Qanuna edilmiş dəyişikliklərin davamı olaraq, AMB-nin Bankının İdarə Heyətinin 2023-cü il 11 dekabr tarixli Qərarı ilə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” təsdiq olunub.Xatırladaq ki, AMB-nin Kollegiyasının təsdiq etdiyi və qurumun sədri Taleh Kazımovun imzaladığı “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”ə əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə kapitalının minimum həddi müəyyən edilib. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, digər ərazilərdə, həmçinin Naxçıvan MR-da) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır.

Bu Tələblərdə nəzərdə tutulan nizamnamə (şərikli) kapitalına dair tələblər eynilə qeyri-rezident hüquqi şəxsin filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinə şamil ediləcək. Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda minimum nizamnamə (şərikli) kapitalının 10 %-i məbləğində girov vəsaiti yerləşdirməlidir.

Seçilən
103
35
metbuat.az

10Mənbələr