AZ

Bizim ərəb turistlərimiz,  ermənilərin rus turistləri  - FƏRQ

Bu yaxın günlərdə təsadüfən "Torqovi" adı ilə məşhur ola Bakının mərkəzi küçələrindən birinə yolum düşdü. Orada hansısa binanı axtarırdım. Ərazini tanımadığım üçün qarşıma çıxan hər kəsdən soruşmağı özümə borc bildim. İnandırım sizi "Tarqovı"da bir nəfər olsun azərbaycanlı qarşıma çıxmadı. Yaxınlaşdığım adamların heç biri yerli əhalidən deyildi.Asiyadan gələnlərin, xüsusən ərəblərin olduğu hiss olunurdu. O qədər də azad, xoşbəxt, rahat gəzirdilər ki, sanki mən turist, bunlar azərbaycanlı idilər. Oturuşları, duruşları, danışmaqları, hətta gülüşləri adamda bir antipatiya yaradırdı.Uzun sözün qısası, Bakı tamamilə bu ərəb qəbilələrindən gələn görməmişlərlə dolu idi.İndi erməni mediasını "vərəqləyirəm". Yazır ki, 2023-cü ildə rusiyalı müstəqil turistləri üçün ən tələbkar hava yolu Yerevan olub. Bu haqda “Яндекс. Путешествия” məlumatlandırıb:"Şirkətin mütəxəssisləri 2023-cü ildə Yanvarın 1-dən dekabrın 31-dək sifariş edilən təyyarə biletlərinin məlumatlarını öyrəndikdən sonra bu qənaətə gəliblər...Rusların xarici səfərlərinin liderləri arasında Türkiyə, Özbəkistan, Qazaxıstan və Azərbaycan da var. Tailand (207 faiz), Azərbaycana (85 faiz), Gürcüstana (44 faiz) və BƏƏ-nə (40 faiz) uçuşlara tələbat xeyli artıb".Qeyd edək ki, 2023-cü ilin oktyabr ayının məlumatlarına görə, Bu ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32.1 faiz artaraq 1.535 milyon nəfərə çatıb.Gələnlərin sayı Çindən- 8,2 dəfə, Cənubi Koreyadan - 3,4 dəfə, Türkmənistandan - 2,9 dəfə, Hindistandan - 2,1 dəfə, Polşadan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Misirdən - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,6 dəfə, Belarusdan - 1,6 dəfə, Moldovadan - 1,6 dəfə, Özbəkistandan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, İtaliyadan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, ABŞ-dan - 41,4 faiz, Kanadadan - 41,1 faiz, İsraildən - 34,6 faiz, Gürcüstandan - 31,7 faiz, Niderlanddan - 30,2 faiz, Böyük Britaniyadan - 26,3 faiz, Küveytdən - 24,0 faiz, Fransadan - 23,2 faiz, Almaniyadan - 20,6 faiz, Türkiyədən - 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,6 faiz, Ukraynadan - 8,6 faiz artıb.P.S. Bəs onda niyə "Tarqovı"da ərəbdən başqa turitə rast gəlmirik?Əntiqə Rəşid

Seçilən
241
adalet.az

1Mənbələr