AZ

Çindən yeni təşviq addımı

Çin 139 milyard dollarlıq özəl istiqraz emissiyasını nəzərdən keçirir. Emissiya həyata keçirilərsə, bu, Çinin xüsusi istiqraz emissiyası planı çərçivəsində son 26 ildə dördüncü buraxılışı olacaq.

Fins.az xəbər verir ki, Çinin yüksək səviyyəli siyasətçiləri tərəfindən müzakirə edilən plan qida, enerji, təchizat zənciri və urbanizasiya layihələrini ultra uzunmüddətli istiqraz emissiyaları vasitəsilə maliyyələşdirməyi hədəfləyir.

Çin 1998-ci ildə Asiya Maliyyə Böhranından sonra banklarını kapitallaşdırmaq üçün xüsusi istiqrazlar buraxdı. Pandemiya tədbirləri çərçivəsində bu növ sonuncu ixrac 2020-ci ildə 1 trilyon yuan olub.

Çinin Maliyyə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
196
3
fins.az

9Mənbələr