Çin rəsmiləri iranlı həmkarlarından İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını cilovlamağa kömək etmələrini xahiş ediblər.
Ölkə.Az “Reuters”ə istinadla xəbər verir ki, əks halda bu məsələnin Pekinlə işgüzar əlaqələrə zərər vurmaq riski var.
Belə ki, Çin və İran arasında hücumlar və ticarətlə bağlı müzakirələr Pekin və Tehranda keçirilən bir neçə son görüşdə aparılıb.
Çin "Əgər bizim maraqlarımıza hər hansı şəkildə zərər vurularsa, Tehranla işimizə təsir edəcək. Ona görə də husilərə təmkin nümayiş etdirmələrini söyləyin” deyib.
Dörd iranlı mənbə bildirib ki, Çin rəsmiləri Husilərin hücumları nəticəsində Pekinin İranla ticarət əlaqələrinə necə təsir edəcəyi ilə bağlı konkret şərhlər və təhdidlər etməyiblər.
Çin son on ildə İranın ən böyük ticarət tərəfdaşı olsa da, onların ticarət əlaqələri pozulur.
Ticarət analitik firması “Kpler”in tanker izləmə məlumatlarına görə, Çin neft emalı müəssisələri keçən il İranın xam neft ixracının 90%-dən çoxunu alıblar. Çünki ABŞ sanksiyaları bir çox digər müştəriləri uzaqlaşdırıb və Çin firmaları ciddi endirimlərdən qazanc əldə ediblər.
Bununla belə, İran nefti Çinin xammal idxalının yalnız 10%-ni təşkil edir.
İranlı insayderin məlumatına görə, Çinin İran üçün vacib olmağına baxmayaraq, Tehranın Yəməndəki husilərlə yanaşı, Qəzza, Livan, Suriya və İraqda da proksi gücləri var və regional ittifaqları, prioritetləri onun qərar qəbul etməsində böyük rol oynayıb.
Çinin Xarici İşlər Nazirliyi mövzu ilə bağlı fikirlərini bildirib:
“Çin Yaxın Şərq ölkələrinin səmimi dostudur. Regional təhlükəsizlik və sabitliyin təşviqinə, ümumi inkişaf və rifahın ardınca getməyə sadiqdir.
Biz Yaxın Şərq ölkələrini strateji müstəqilliklərini möhkəmləndirməkdə və regional təhlükəsizlik məsələlərini həll etmək üçün birləşməkdə və əməkdaşlıq etməkdə qətiyyətlə dəstəkləyirik”.
Günay