AZ

"Kiyevə yardımın qarşısını alsa, iqtisadiyyatını sarsıdacağıq" - Aİ-dən Orbana ultimatum

Budapeşt Ukraynaya 50 milyard avro yardım ayrılmasına qoyduğu vetonu ləğv etməsə, Avropa İttifaqı Macarıstan iqtisadiyyatına zərbə vuracaq.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” Brüsseldə hazırlanmış plana istinadən yazır.

Sənəd Macarıstanın “iqtisadi zəifliklərinə” yönəlmiş strategiyanı əks etdirir. Zəifliklər arasında Brüssel çox yüksək inflyasiya, zəif valyuta və Aİ-də borc xidmətləri üzrə ödənişlərin ən yüksək səviyyəsini qeyd edib.

“Əgər Macarıstan Baş naziri Viktor Orban fevralın 1-də keçiriləcək sammitdə Kiyevə yardımla bağlı qərara mane olarsa, Aİ iş yerləri və iqtisadi artıma zərər vermək üçün Macarıstanın valyutasını daha da zəiflətmək və iqtisadiyyatın investisiya cəlbediciliyini azaltmaq niyyətindədir”, – məlumatda deyilir.

Nəşr qeyd edir ki, dövlət və hökumət başçıları Macarıstan Baş nazirinin qeyri-konstruktiv davranışı fonunda Budapeştin Aİ vəsaitləri ilə təmin edilməsi imkanını təsəvvür belə, edə bilməyəcəklərini bildirəcəklər. Bu maliyyə olmasa, Avropa və beynəlxalq şirkətlər Macarıstana investisiya qoymağa marağını itirə bilər.

Sənəddə qeyd olunur ki, tədbir büdcə kəsirinin artmasına və məzənnənin aşağı düşməsinə səbəb olacaq.

Azpost.info

Seçilən
314
41
azpost.info

10Mənbələr