AZ

“AzerGold” QSC-də 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2023-cü ilinyekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuatkonfransı keçirilib.

Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakirİbrahimov, QSC-nin törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz”MMC-nin baş direktoru Ceyhun Əliyev və “AzerBlast” MMC-nin icraçıdirektoru Rizvan Baxşiyev iştirak ediblər.

Mətbuat konfransında giriş nitqi ilə çıxış edən “AzerGold”QSC-nin İdarə Heyətinin sədri 2023-cü ildə Səhmdar Cəmiyyəttərəfindən qiymətli metalların hasilatı, satışı, ixracı, geolojikəşfiyyat, yeni istehsal müəssisələrinin yaradılması, kadrhazırlığı, məşğulluq, ekoloji siyasət, korporativ sosial məsuliyyətvə digər fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə genişhesabat verib. Qeyd olunub ki, dövlətimizin hərtərəfli inkişafıfonunda 2023-cü il “AzerGold” üçün yaddaqalan və səmərəli il olub.Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral2023-cü il tarixində - Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının8-ci ildönümündə “Tülallar” qızıl yatağında süxurların ilk dəfəpartladılması prosesi həyata keçirilib. Həmçinin Gəncə-Daşkəsəniqtisadi rayonunda iki böyük istehsalat infrastrukturu layihəsiuğurla icra olunub. Bunlardan biri Çovdar İnteqrəolunmuş RegionalEmal Sahəsində (ÇİRES) Çəndə Qələviləşdirmə Zavodu, digəri törəməşirkət - “AzerBlast” MMC-nin Sənaye Partlayıcı Maddələrininİstehsalı Zavodudur. Hər iki müəssisə ötən ilin 28 dekabr tarixindəsınaq rejimində istifadəyə verilib.

Hesabat ilində hasilat göstəriciləri 63.7 minunsiya qızıl təşkil edib. Bu, fəaliyyət dövrü ərzində ən yüksəkillik göstəricidir. Eyni zamanda ötən il 114.3 minunsiya gümüş hasilatı həyata keçirilib. Beləliklə, qızıl hasilatıplandan 2%, gümüş hasilatı isə 6%artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızılhasilatında 1.7 min unsiya artım(3%) qeydə alınıb. 2024-cü il üçün hasilat planıisə hesabat ili ilə müqayisədə 9% daha artıqolmaqla 70 min unsiya qızıl, 27%daha artıq olmaqla – 156.8 min unsiya gümüş təşkiledir.

2023-cü ildə qiymətli metalların satış gəlirlərində də müsbətdinamika davam edib. Hesabat ilində yerli və beynəlxalq bazarlardaümumilikdə 68.1 min unsiya qızıl və 119.8min unsiya gümüşün satışı həyata keçirilib. 2022-ci illəmüqayisədə ümumi qızıl satışı həcmində 7% artımqeydə alınıb. Qeyd edilən ümumi satış həcmindən qızıl üzrə62.1 min unsiya, gümüş üzrə isə90.8 min unsiyası beynəlxalq bazarlarda realizəedilib. Daxili bazarın tələbatına uyğun olaraq xammal və hazırməhsul formasında 6 min unsiya qızıl,29.1 min unsiya gümüşün satışı həyata keçirilib.Beləliklə, 2017-2023-cü illər üzrə ümumi satış göstəriciləri416 min unsiya qızıl, 853 minunsiya gümüş təşkil edib.

Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüşsatışı nəticəsində 232.8 milyon manat məbləğindəgəlir əldə edilib. 2022-ci illə müqayisədə ümumi satış gəlirlərində15% artım qeydə alınıb. Bu vəsaitin 210.1milyon manatını ixrac, 22.7 milyonmanatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri2022-ci illə müqayisədə 11%, yerli bazarda satışgəlirləri isə 81% artıb. 2023-cü ildə qiymətliməhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin97.9%-i məhz qızılın satışı nəticəsində əldəedilib. Bununla, 2017–2023-cü illər üzrə qızıl və gümüşün satışınəticəsində əldə edilmiş ümumi gəlir isə 1.19milyard manat olub.

Z.İbrahimov, həmçinin respublikamızın malik olduğu zənginmineral-xammal potensialını dayanıqlı inkişafa çevirməyi, ölkəninsosial-iqtisadi inkişafına töhfələr verməyi qarşıya məqsəd qoyan“AzerGold” QSC-nin geoloji kəşfiyyat sahəsində fəaliyyətindəndanışıb. Hesabat ilində Daşkəsən, Göygöl, Balakən, Kəlbəcər, eləcədə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşənsahələrdə aktiv geofiziki və geoloji tədqiqat işlərinin həyatakeçirildiyini bildirib. 2024-cü ildə geoloji tədqiqat sahələrinindaha da genişləndirildiyi, daha qısa müddətdə daha böyük ərazilərdəilkin tədqiqat nəticələri əldə etmək üçün innovativtexnologiyaların geniş tətbiqinə başlanıldığı diqqətəçatdırılıb.

Daha sonra “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru CeyhunƏliyev çıxış edərək, “Daşkəsən” dəmir filizi yataqlarınınistismarına hazırlıq, dəmir istehsalı zəncirinin yaradılmasıistiqamətində həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki,“Daşkəsən” dəmir filizi yataqlarında filizli süxurlarıntərkibindəki dəmirin zənginlik dərəcəsinin nisbətən aşağı olması(ortalama 40%) bu filizlərin zənginləşdirilərək,minimum 67%-ə çatdırılmasını zəruri edir. Buməqsədlə istehsal zəncirinin ilkin mərhələsi olaraq67% dəmir tərkibli konsentrat istehsalı məqsədiləZənginləşdirmə zavodunun inşası nəzərdə tutulub.Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismindəmexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsulolan 67% dəmir tərkibli pellet istehsalıinfrastrukturu – Pellet zavodu qurulacaq. Dahasonra aralıq məhsul olan pellet 95% dəmir tərkibliHBI məhsulunun istehsalı üçün HBI zavodunayönəldiləcək.

Bildirilib ki, zavodların layihələndirmə mərhələsindənbaşlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsiməqsədilə qlobal tendensiyalar nəzərə alınıb. HBI texnologiyasıklassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının60%-dək azaldılmasına imkan yaradır.

Əlavə edilib ki, layihənin yüksək investisiya dəyəri(1.7 milyard manat) nəzərə alınaraq,maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesəinvestorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensialpartnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlıtərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihəninölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təminediləcək.

Mətbuat konfransında, həmçinin “AzerBlast” MMC-nin icraçıdirektoru Rizvan Baxşiyev ötən il Gəncə şəhərində inşa olunanSənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun sınaq rejimindəfəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, illik istehsalgücü 31.5 min ton həcmində qiymətləndirilən zavodmüasir istehsalat texnologiyaları, yüksək təhlükəsizlik və ekolojinormalar əsasında qurulub. Müəssisədə, xüsusilə dağ-mədən və inşaatsənayesində istifadə olunan partlayıcı növləri ANFO vəHeavy ANFO-nun istehsalı həyata keçirilir. Bildirilib ki,fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixracpotensialları qiymətləndirilməklə illik 14 min tonpartlayıcı maddələrin istehsalı nəzərdə tutulub. Qarşıdakı illərdəQarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcudpotensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin istehsaledilən maddələrin ixrac potensialı nəzərə alınaraq, zavodun illikistehsal həcminin maksimal həddə – 31.5 min tonaçatdırılması planlaşdırılır.

Tədbirin sonunda “AzerGold” QSC-nin İdarə Heyətinin sədriZ.İbrahimov qarşıdakı dövrdə ölkəmizin dağ-mədən sahəsinin davamlıinkişafı istiqamətində nəzərdə tutulan fəaliyyət planları barədəməlumat verib, həmçinin media nümayəndələrinin çoxsaylı suallarıcavablandırılıb.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Seçilən
498
13
az.trend.az

10Mənbələr