AZ

Çindən Rusiyaya inanılmaz dəstək

ABŞ-ın təzyiqinə və Çinin AB ilə müdafiə sahəsində əməkdaşlığının təhlükə altına düşməsinə baxmayaraq, Ukrayna məsələsində Rusiyaya dəstəyimizdən əl çəkməyəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Çinin müdafiə naziri Donq Szyun rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqları zamanı deyib.

“ABŞ və Avropanın Çinə təzyiqlərini davam etdirməsinə baxmayaraq, Ukrayna məsələsi ilə bağlı sizə dəstək verdik. Hətta Çin və AB arasında müdafiə sahəsində əməkdaşlıq da hücuma məruz qalır. Lakin buna görə müəyyən edilmiş siyasətdən imtina etməyəcəyik. Onlar normal Rusiya-Çin əməkdaşlığına mane olmamalıdır və ola bilməyəcək”, - o bildirib.

Çinli nazir qeyd edib ki, son illər ABŞ və digər Qərb ölkələri Rusiyanı təcrid etməyə çalışır:

“Pekin bunu başa düşür və Moskvaya güclü dəstək verməyə çalışır. Dünyanın iki ən mühüm və əsas qüvvəsi olaraq qlobal çağırışlara qətiyyətlə cavab verməliyik”.

Seçilən
163
8
axar.az

5Mənbələr