Azərbaycanda daha 3 uşaq himayədar ailələrə verilib..Bu barədə Poliqon-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib.Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.“Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.Beləliklə, himayədar ailələrə verilən uşaqların sayı artıq 8-ə çatıb. Onlardan 1-i oğlan, 7-si qızdır. Həmçinin 4 nəfəri 6 yaşadək olan, 3 nəfəri 7-13 yaş arası, 1 nəfəri 14-18 yaş arası uşaqlardır.Himayədar ailələrə verilən 8 uşaqdan 2-si hazırda Bakı şəhərində, 6-sı rayonlardakı (Lənkəranda 2, Cəlilabadda 1, Ağcabədidə 1, Biləsuvarda 1, Zaqatalada 1 ailə) ailələrdə yaşayırlar.Qeyd edək ki, uşaqları himayəyə götürən ailələr sosial dəstəklə də təmin olunur. Belə ki, onlara himayəyə götürdükləri 6 yaşadək olan uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat),14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət, habelə uşaqlara mövsümi geyim alınması üçün hər rübdə hər uşaq ucun 200 manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulub.Poliqon.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta