AZ

3 uşaq himayədar ailələrə verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəkiSosial Xidmətlər Agentliyi tərəfindən daha 3 uşaq himayədarailələrə verilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraqNazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağınhimayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

“Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada genişyayılmış nümunələrindən biridir. Valideynlərini itirmiş, valideynhimayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyəqoyulmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlətnəzarəti altında ailə mühitində böyüməsi və inkişafınahədəflənib.

Beləliklə, himayədar ailələrə verilən uşaqların sayı artıq 8-əçatıb. Onlardan 1-i oğlan, 7-si qızdır. Həmçinin 4 nəfəri 6 yaşadəkolan, 3 nəfəri 7-13 yaş arası, 1 nəfəri 14-18 yaş arasıuşaqlardır.

Himayədar ailələrə verilən 8 uşaqdan 2-si hazırda Bakışəhərində, 6-sı rayonlardakı (Lənkəranda 2, Cəlilabadda 1,Ağcabədidə 1, Biləsuvarda 1, Zaqatalada 1 ailə) ailələrdəyaşayırlar.

Uşaqları himayəyə götürən ailələr sosial dəstəklə də təminolunur. Belə ki, onlara himayəyə götürdükləri 6 yaşadək olan uşağagörə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat),7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaqolduqda 415 manat),14-18 yaş arası uşağa görə 395 manat (əlilliyimüəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət, habeləuşaqlara mövsümi geyim alınması üçün hər rübdə hər uşaq üçün 200manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulub.

Məqalədə:
Seçilən
128
38
az.trend.az

10Mənbələr