AZ

Zelenski: "Rusiyaya məxsus PUA-nın Odessada yaşayış binasını vurması nəticəsində 2 nəfər ölüb"

Ukrayna prezidenti Volodimir Zelenski gecə saatlarında Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatının (PUA) Odessa şəhərində yaşayış binasını vurması nəticəsində 2 nəfərin öldüyünü, 1-i uşaq olmaqla 8 nəfərin yaralandığını bildirib.Zelenski sosial media hesabındakı paylaşımında “Rusiyanın dinc əhaliyə qarşı müharibəni davam etdirdiyini” ifadə edərək, Rusiya ordusunun “Şahed” tipli pilotsuz uçuş aparatları ilə Xarkov, Odessa və Sumi vilayətindəki şəhərlərə hücum etdiyini bildirib.Odessada PUA-lardan birinin yaşayış binasını vurduğunu qeyd edən Zelenski, 18 mənzilin dağıldığını, 2 nəfərin həyatını itirdiyini, biri uşaq olmaqla 8 nəfər yaralandığını qeyd edib.Zelenski hadisə yerində axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib.Onların hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğuna işarə edən Zelenski tərəfdaşlarına çağırış edib: "Xalqlarımızı Rusiya terrorundan qorumaq üçün Ukraynanın hava qalxanını gücləndirməliyik. Bu sistemlər üçün daha çox hava hücumundan müdafiə sistemi və daha çox raket həyatı xilas edəcək". deyə vurğulayıb.Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada, Rusiya ordusunun bu gecə 3 ədəd X-59/Х-35 model idarə olunan raket və 17 ədəd "Şahed" PUA-sı ilə Ukraynaya hücum etdiyi bildirilib.Açıqlamada Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş əməliyyatları nəticəsində Odessa, Mykilayiv, Zaporojya, Xarkov, Sumi və Dnepropetrovsk vilayətlərində 14 PUA-nın məhv edildiyi, Odessa və Xarkovda isə itki və yaralananların olduğu bildirilib.Açıqlamada dünən saat 09:00 radələrində Rusiyanın Su-34 döyüş təyyarəsinin şərq istiqamətində məhv edildiyi də paylaşılıb.

Seçilən
536
afn.az

1Mənbələr