AZ

Orta illik inflyasiya – 4,4 faiz

Niderlandın “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 faiz, 2025-ci ildə isə 5,5 faiz olacağını proqnozlaşdırır. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir ki, 2024-2025-ci illər üçün yeni proqnoz ötən ay açıqlanan proqnoza nisbətən 0,1 faiz azdır.
Proqnozlara əsasən, cari ilin birin­ci rübündə Azərbaycanda orta illik inf­lyasiya 5,8 faiz, ikinci rübdə 1,8 faiz, üçüncü rübdə isə 4,2 faiz səviyyəsində gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 faiz, 2025-ci ildə 4,9 faiz olacağını proqnozlaşdırır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il res­publikamızda orta illik inflyasiya 5,9 faiz təşkil edəcək, 2025-ci ildə isə 3,9 fa­izədək azalacaq. Dünya Bankının qiy­mətləndirmələrinə görə, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,8 faiz, 2025-ci ildə 5,2 faiz təşkil edəcək.
XQ

Seçilən
291
4
xalqqazeti.az

10Mənbələr