AZ

TƏCİLİ: Tavuş BOŞALDILIR, ermənilər kəndlərdən çıxırlar, Ohanyan “SİLAHA SARILIN” dedi

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək. Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Alen Simonyan və Sahibə Qafarova bu gün Cenevrədə görüşəcək.

Yenisabah.az xəbər verir ki, keçmiş müdafiə naziri, Xocalı cəlladı Seyran Ohanyan da 4 kəndinin qaytarılmasına etiraz edənlər arasındadır. Təxribatçı şüarlarında bir qədər də irəli gedən Ohanyan ordunu Paşinyanın əmrlərinə tabe olmamağa çağırıb: “Ordu (kəndlərdən) çıxma əmrinə tabe olmaya bilər. Cinayət prosesində iştirakdan imtina hər bir insanın hüququdur. Sərhədi qorumaqdan imtina etməməliyik, sadəcə qanunsuz sifarişləri yerinə yetirməmək lazımdır”.

“Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər”. Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. “Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmiş üç ailədən 2-si buranı tərk edib. Voskevan (Xoşkotan -red.) kəndində məskunlaşan 12 ailədən 4-ü həmin ərazini tərk edib Ararat vadisində, Ermənistanın başqa yerlərində məskunlaşmağa hazırlaşır. Ermənistana mal gətirən iri yük maşınlarının əksəriyyəti indi Baqrataşendən (Lənbəli -red.) İrəvana, Ermənistan sərhədinə Bağanis-Voskepar (Bağanis Ayrım-Əskipara red.) yolu ilə deyil, Alaverdi yolu ilə gəlir. Noyemberyandan keçən yük maşınları var, onların əksəriyyəti sərhəd zolağından keçən yola deyil, Bağanis-Voskepar dolama yoluna üstünlük verir”, - deyə O.Sarkisyan bildirib./Musavat

 


Telegram kanalımız
Seçilən
376
17
yenisabah.az

10Mənbələr