AZ

“COP29 yoxsul ölkələrə yardım üçün böyük önəm kəsb edir” - Muxtar Babayev

“COP29 yoxsul ölkələrə yardım üçün böyük önəm kəsb edir” - Muxtar Babayev“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir”.Adalet.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Associated Press” agentliyinə müsahibəsində deyib.Onun sözlərinə görə, Bakı zəngin ölkələrin istiləşməyə daha az töhfə verən, lakin iqlim dəyişikliyindən daha çox əziyyət çəkən yoxsul ölkələrə necə maliyyə yardımı göstərilə biləcəyi ilə bağlı ortaq nöqtələrin tapılacağı yerdir:“Bakı konfransı mədən yanacaqlarından imtinaya dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır. Bu payız toplantısı ölkələrə 2025-ci ildə istixana qazı emissiyalarını məhdudlaşdırmaq planlarını gücləndirmək üçün birləşməyə kömək etməlidir. Biz Bakıya inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü kimi baxırıq”.

Seçilən
360
11
adalet.az

10Mənbələr