AZ

Hindistanda iki partlayış: 11 nəfər ölüb

Hindistanın cənubundakı Tamil Nadu ştatında iki anbarda pirotexniki vasitələr partlayıb














Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Məlumata görə, azı 11 nəfər ölüb.






Partlayışlar bir-birindən təxminən 20 km məsafədə yerləşən Sivakasi və Kammapatti məntəqələrində baş verib. Hadisələrin bir-birindən asılı olmayaraq baş verdiyi qeyd edilir.






Sivakasidə 10 nəfərin ölümünə səbəb olan partlayışın məhsulun sınaqları zamanı baş verdiyi güman edilir. Polisdən bildirilib ki, hər iki şirkətin pirotexniki vasitələrlə işləmək üçün lisenziyası var. Telekanalın məlumatına görə, hər iki anbar satış məntəqəsi kimi fəaliyyət göstərirdi, ölənlərin isə şirkətlərin işçiləri olduğu ehtimal edilir.

Seçilən
407
43
ucnoqta.az

10Mənbələr