AZ

Çempionlar Liqasında son finalçı hansı komanda olacaq?

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu finalçı İspaniyada müəyyənləşəcək.

Bu ölkənin ən güclü komandası “Real” doğma meydanda Almaniyanın “Bayern” kollektivi ilə üz-üzə gələcək. Münhendə keçirilmiş ilk matçda qalib müəyyənləşməyib – 2:2. Bu üzdən də cavab matçının qalibi finala yüksələn tərəf olacaq.

Qeyd edək ki, Dortmund “Borussiya”sı artıq qitənin ən nüfuzlu klub turnirinin finalına vəsiqəni təmin edib. Almaniya klubu Fransa çempionu PSJ-ni hər iki oyunda eyni hesabla (1:0) məğlub etməklə həlledici oyunda iştirak hüququ qazanıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün final görüşü iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
7 may

PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 0:1
Qol: Mats Hummels, 50.
Baş hakim: Daniele Orsato (İtaliya).
Paris. “Park de Prens”.
İlk oyun – 0:1.

8 may

23:00. “Real” (İspaniya) – “Bayern” (Almaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid. “Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 2:2.

Seçilən
135
50
arena.az

10Mənbələr