AZ

Pavel Klaçkov: Qərb Qafqazı qarışdırıb öz şərtlərini diqtə etməyə çalışır - MÜSAHİBƏ

“Gürcüstan yanır, Ermənistan yanır. Azərbaycan isə bu gün Qafqazda sabitliyin qalasıdır”

Tanınmış politoloq, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin filial direktoru Pavel Klaçkov Gürcüstan və Ermənistanda baş verən etiraz dalğasını və Cənubi Qafqazı qeyri-sabitlik təşkil etməyin kimə sərfəli olduğunu “Moskva-Baku” portalına şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Cənubi Qafqazda vəziyyətin getdiyi istiqamət narahatlıq doğurmaya bilməz. Gürcüstanda etirazlar diqqəti cəlb etməzdi, əgər Qərbin vəziyyətə birbaşa müdaxiləsi olmasaydı, çünki orada hər zaman etiraz aksiyaları olur. Lakin bu günlərdə bir sıra Qərb ölkələrinin xarici işlər nazirləri də müxalifətin mitinqinə qatılıb. Qərb isə artıq Gürcüstan hakimiyyətini sanksiyalarla sözün əsl mənasında hədələyir. Eyni zamanda, Qərb Ermənistandakı etirazlara heç bir şəkildə reaksiya vermir...

-Təbii ki, ehtiraslı arzularında regionun alovlanmasını istəyən, başqa bölgələrə də keçəcək yanğını körükləmək istəyən Cənubi Qafqazın yellənməsinin arxasında hələ də Qərb dayanır. Və bu atəşdən onlar öz geosiyasi mənfəətlərini alacaqlar, guya münaqişələri həll edəcəklər, əslində isə sadəcə olaraq regionda möhkəmlənəcəklər, həm də silah satışından gəlir əldə edəcəklər. Çoxdan bəllidir ki, Qərbin məqsədi Zaqafqaziyada sülhün bərqərar olması deyil, Rusiyanı oradan “qovmaq” və Cənubi Qafqaz dövlətləri ilə çəkişmək istəyidir.

Gürcüstanda gördüyümüz vəziyyət– bu ölkədəki vəziyyət narahatlıq doğurmaya bilməz. Qərbin Gürcüstan hakimiyyətinə qarşı belə həyasız, ört-basdır edilməmiş aqressiyası, daxili işlərə birbaşa müdaxiləsi doğrudan da o həddə çatıb ki, dünən bir sıra Qərb dövlətlərinin xarici işlər nazirləri müxalifətin mitinqində çıxış edib, onu dəstəkləyiblər. Məlum sxemlər hazırlanır, bu etirazların təşkilinə külli miqdarda vəsait yatırılır. Bütün bunlar Gürcüstanı Rusiyaya qarşı qoymaq məqsədi daşıyır.

Rusiya ilə Qərb arasında münaqişənin kəskinləşməsi ilə Gürcüstan hakimiyyəti əvvəlcə sadəcə neytral mövqe tutdu və diplomatik şəkildə sanksiyalar siyasətində iştirak etməyəcəklərini bildirdi, çünki bu, kiçik Gürcüstan üçün sadəcə olaraq sərfəli deyildi. Qərbin ona təzyiq göstərmək və öz tələblərini zorla diktə etmək cəhdlərindən sonra isə kifayət qədər sərt cavab verməyə başladı. Gürcüstan hakimiyyəti deyir ki, diktə etmək heç bir nəticə verməyəcək, çünki Gürcüstan Qərbin müstəmləkəsi deyil, müstəqil olmaq istəyir. Qərbin isə Gürcüstanı yeni Ukraynaya çevirmək cəhdi var. Bəyanatlar riskli olsa da, cəsarətlidir.

Qərb Rusiyaya ən yaxın regionlardan biri kimi Transqafqazı sabitliyin pozulmasının yeni müstəvisinə çıxarmağa çalışır, özünün ənənəvi sxemi ilə işləyir- ona sərfəli rejim qurmağa çalışır; Əgər sərfəli deyilsə, o zaman onun aradan qaldırılmasına cəhdlər ediləcək. Necə ki, indi Gürcüstanda baş verir.

Baxın, Ermənistanda da bu gün yeni etiraz dalğasının şahidi oluruq. Amma Qərb bu məsələdə susur. Qərbin bu etirazlara niyə reaksiya verməməsinin cavabı isə belədir: çünki indiki baş nazir onun adamıdır. Rusiya Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, bunlar ikili standartlardır. Bu, Ruzveltin məşhur "Bəli, o, fahişə balasıdır, amma o, bizim fahişənin balasıdır" ifadəsi ilə hesablanır. Bu, ABŞ-ın siyasətidir.

Qərb Cənubi Qafqazın xalqlarını və dövlətçiliyini, ölkələrinin gələcəyini od alova atmağa çalışır. Onları istehlak materialı, geosiyasi maraqlarına çatmaq üçün alət kimi istifadə edir - Cənubi Qafqazda möhkəmlənmək, orada öz rejimlərini qurmaq, Rusiyanı kənara itələmək və regiondakı vəziyyətə təkbaşına təsir etmək. Gələcəkdə bu və ya digər Qafqaz dövlətinin mövcud olub-olmaması həqiqətən də onları maraqlandırmır.

Gürcüstan yanır, Ermənistan yanır. Azərbaycan isə bu gün Cənubi Qafqazda sabitliyin qalasıdır. Bu isə Qərbin regionu öz təsiri altına almasını çox çətinləşdirir. Azərbaycanın beynəlxalq statusu sıçrayışlarla artır. Azərbaycan Prezidenti öz sözünün adamı olduğunu sübut etdi və bu gün dünyada Bakıya böyük inam var. Bu gün Aleksandr Lukaşenko Bakıda olarkən qeyd etdi ki, Cənubi Qafqazda İlham Əliyevin simasında bu və ya digər dərəcədə bütün region üçün məsuliyyəti öz üzərinə götürə bilən qüdrətli lider yaranıb. Və bu doğrudur. İlham Əliyevin qurduğu siyasi sistem, təhlükəsizlik sistemi, xarici siyasət effektivdir, həm xarici, həm də daxili burulğanlara davamlıdır.

Təbii ki, Rusiya da Cənubi Qafqaza təzyiqlərə müqavimət göstərir. İlham Əliyevin də bu yaxınlarda dəfələrlə bəyan etdiyi kimi, Moskva ilə Zaqafqaziyada qarşılıqlı fəaliyyət sabitlik və təhlükəsizlik amilidir. Ona görə də biz birlikdə Qərbin regionda möhkəmlənmək cəhdlərinə qarşı dura bilərik. Və əslində biz bunu edirik. Azərbaycanın regionun ən qüdrətli dövləti kimi bu və ya digər dərəcədə konstruktiv prosesləri təşviq etmək və bunda maraqlı olan tərəfdaşlarla birlikdə Cənubi Qafqazda xaos toxumu səpmək cəhdlərinə qarşı durmaq üçün bu imtiyazdan yararlanmaq imkanı var. .

- Cənubi Qafqazda vəziyyətin pisləşməsinə necə müqavimət göstərə bilərik?

- Bu gün çətin vaxtlar gəlib çatıb ki, biz ekzistensial qarşıdurmanın şahidi oluruq; Turbulentlik yalnız artacaq, münaqişələrin və siyasi burulğanların sayı artacaq. İstər Slovakiyanın baş naziri Robert Fikoya sui-qəsd cəhdi, istərsə də Türkiyədə dövlət çevrilişinə cəhdin yatırılması ilə bağlı xəbərlər- bütün bunlar suveren dövlətlərə, Qərbdən ayrılmaq istəyənlərə, dövlətlərə Qərb xorunun təzyiq cəhdlərindən xəbər verir.

Dünyada qlobal münaqişə baş verir. O, kəskinləşməyə doğru hərəkət mərhələsindədir. Bu gün Rusiya və digər suveren dövlətlər Qərbin qoyduğu diktələrlə üz-üzədir. Biz görürük ki, Rusiya lideri yenidən prezidentliyə seçildikdən sonra ilk xarici səfərini Çinə edir və ölkələrimiz çoxqütblü dünyanın qurulmasına töhfə vermək, bütün sahələrdə, ən əsası da hərbi və iqtisadi sahədə strateji əməkdaşlığı dərinləşdirmək üçün birgə razılığa gəliblər. Liderlər beynəlxalq proseslərlə bağlı mövqelərini təqdim etdilər və Qərbin suveren dövlətlərin işlərinə qarışmasını və dünyaya nə etmək lazım olduğunu diktə etmək cəhdlərini mahiyyətcə pisləyən bu mövqelər Moskva və Pekindən ciddi mesajlardır.

Təxminən altı ay əvvəl Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra çox açıq, sərt və ardıcıl olaraq ABŞ-ı tənqid etməyə başladı. Elə ötən gün İlham Əliyev dedi ki, bu gün Azərbaycana ən çox təzyiq göstərən ABŞ və Fransadır. Əliyev açıq şəkildə bildirir ki, Vaşinqton və ya Paris Bakıya şərtlər diktə edə bilməyəcək. ABŞ-ın heç kimə nəyisə məcbur etməyə haqqı yoxdur. İlham Əliyev isə bunu çox gözəl anlayır və indiki geosiyasi vəziyyətdə bundan istifadə edir. O, anlayır ki, ştatlar mənəvi cəhətdən iflasa uğrayıb. Necə ki, Gürcüstan hakimiyyəti indi deyir ki, Qərb onlara nə etmək lazım olduğunu diktə etməyəcək.

Fransa Daxili İşlər Nazirliyinin rəhbərinin Azərbaycanın guya Yeni Kaledoniyada qiyam qaldırması barədə bəyanatı məni heyrətə gətirdi. Və Fransa sonda bu Sakit okean ərazisinə qoşun göndərdi. Bu fikrin necə meydana çıxması maraqlıdır. Azərbaycan Xarici İşlər Nazirliyi isə bunun doğru olmadığını bəyan edib. Amma Parisin Azərbaycanın Sakit okeandakı ərazilərində beynəlxalq təsirindən narahat olmağa başlamasının özü o deməkdir ki, Azərbaycan Respublikası bu gün ciddi bir güc kimi qəbul edilir.

Bugünkü Parisin siyasəti Fransanın “Çarli Hebdo” jurnalındakı karikaturaya bənzəyir. Qəribədir ki, Fransanın siyasi köpüyü hələ partlamayıb. Amma məncə, bir az gözləmək lazımdır.

Həmçinin diqqətəlayiq haldır ki, Rusiya və Azərbaycan son illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə paralel olaraq neokolonializm mövzusunu gündəmə gətirib, inkişaf etməkdə olan ölkələrin hüquqları uğrunda mübarizə aparıb; Bu isə çox nəcib, düzgün mövqedir. Və bu da əsasdır. Müstəmləkəçilik keçmişin mövzusuna çevrilməlidir və o, yox olmalıdır. Azərbaycan və Rusiya bu gün mütərəqqi geosiyasi tendensiyaların tərəfindədirlər. Azərbaycan bu gün gələcək üçün düzgün strategiya sayəsində beynəlxalq mövqelərini sürətlə möhkəmləndirir.

Biz Qərbin, o cümlədən Cənubi Qafqaza təzyiqinə ancaq birləşməklə, o cümlədən ŞƏT, BRİKS vasitəsilə sağlam ölkələrlə qarşılıqlı fəaliyyəti gücləndirməklə və suverenliyimizi gücləndirməklə müqavimət göstərə bilərik. Eyni zamanda, biz çox yaxşı bilirik ki, Qərbdə ağıllı hökumətləri olan dövlətlər var. Onlarla da ünsiyyət quruilmalıdır. Yeni güclü iqtisadi əlaqələr sistemi qurmaq, banklar və korporasiyalar səviyyəsində əlaqələri inkişaf etdirmək, yeni qarşılıqlı faydalı nəqliyyat və logistika marşrutları çəkmək lazımdır. Biz bütün istiqamətlərdə Qərb mexanizmlərini öz mexanizmlərimizlə əvəz etməliyik.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Seçilən
454
20
sesqazeti.az

10Mənbələr