AZ

Baş konsul: İranla Rusiya arasında ticarət dövriyyəsi dörd milyard dollardan çoxdur

İranla Rusiya arasında ticarət dövriyyəsi dörd milyard dollardan bir az çoxdur.

“İki sahil” İRNA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın İsfahandakı Baş konsulu Andrey Jiltsov bildirib.

Onun sözlərinə görə, mövcud ticarət əlaqəsinin həcmi iki ölkənin imkanlarına uyğun deyil.

A.Jiltsov bildirib ki, İran-Rusiya müştərək iqtisadi komissiyası kosmos, aviasiya, gəmiqayırma, dinc nüvə enerjisi, neft-qaz hasilatı və emalı, nəqliyyat, elm, tibb, kənd təsərrüfatı, maliyyə, təhsil, mədəniyyət və başqa sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Baş konsul əlavə edib ki, İranın İsfahan əyaləti ilə Rusiyanın Tatarıstan Respublikası arasında əməkdaşlığın təkmilləşdirilməsinə yol açacaq layihə hazırlanır. Onun sözlərinə görə, hər iki tərəf Rusiyanın müxtəlif regionları arasında İranın Yəzd və Kirman kimi əyalətləri ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.

Seçilən
262
50
ikisahil.az

10Mənbələr